|
|
Ava-yi Ərdəbil qəzetinin 223-cü sayısından
Qonaq
gecə
yağışda islanmış
gəldim.
sahat ikini çalırdı
o taxt üstündə çılpaq
uzanmış idi
odada şamlar yanırdı
dalğın
duvardaki əski bir şəklə baxırdı,
ahəstə dedi:
gəldin mi?
dedim:
-işi başa çatdırdım
ozümü
oz əllərimlə
şəhərin kohnə məzarlığında
quyladım gəldim.
gülümsədi dedi:
-eşq olsun sənə
xoş gəldin.
səhərədək
isti yağışlar yağırdı
hələ də hərdən o
donüb duvardaki o əski şəkilə
susqun baxırdı
odada şamlar yanırdı
sanki nədənsə
şəhərdə
bütün damlar damırdı...!
o
səhər
mən yuxudaykən
həməşəlik getmişdi
yağış kəsmişdi
aynaya
hey baxdımsa da
heç tanımadım
ozüm ozümü.
Davud Əhəri
Qaranquş dərgisi
|
|