|
|
Təbrizdə Dampezeşki oxumuşdur. Ədəbi dərnəklərdə onun şerlərilə tanışdırlar. Bir neçə dərgidə şerlərini nəşr etdirmişdir.
Təbrizdə yayımlanan Bayquş Ədəbiyyat Dergisinin birinci sayısından
Və Unutmayağam Ki Təkəm
şəhərə çıxacağam bu gün
suya baxmayanlara
golü içməyənlərə
günəşə selam verməyənlərə
səlam verəcəyəm.
şəhərə çıxacağam bu gün
buz heykəllərin əllərini
hərarətlə sıxacağam
olülərə "sağol!"lar deyəcəyəm.
dillərində yaşayanlarla,
qonuşacağam donə - donə.
və qatılacağam
faydasız soz alış - verişinə,
şəhərə çıxacağam bu gün
adlara əyiləcəyəm.
yadlarla tanışlıq edəcəyəm
və unutmayacağam ki
yalnızam...
Əli Sehət
|
|