Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Başlanış

tüsltlü bir gecə,
axşamlı bir çol,
kükrəyir ildırım,
honkürür bulut.
pırtlaşır yaranış
soxulur həyat.
ürəklər asılı,
baxışlar kobud.
gedirəm bir yaşıl gorüşə ancaq
nə çantam doludur,
nə dağarcığım
koksümə yerləşir bir ağır ağrı
eləbil
doğrulur
dağınıqlığım...

Təvəkkül Kiyani