Alatoran_header  
Jurnal > 2004/№4 > Axşamlar

Bayquş Dərgisindən

1

gəlirsən!
Başmaqlarında ,
Parıldayır yağışın nisgil dənələri.
Gəlirsən!
Qapı cırıldamadan
Gorüşün çərçivəsini doldurmadan
Tüstü verirlər
Ürəyimizin toüşnəməsinə
Duman girir aramıza ancaq
Dumanlaşırıq
Dumanlar aramızı vuranmadan!
Sən gələli, olar ki xanımın:
Bir ah çəkə dərindən
-saatların keçməsini bilmədən -
hey dolandıra,
dolandıra,
darıxma qaşığın acı çayında.
Hərdən,
Olar ki alçaqlıq! Keflənə
Sonra,
Eşiyə çıxıb, dağlarımızın namusuna əyri baxa!
Gəlirsən, gələli
Ilk kibriti çəkib
Sızım - sızım,
Suzalıram mən!

2

oturmuşuq
küçədə yağış işindədir hələ də
eçidirəm birdən:
"bax bu davanı atarsan, sonra yatarsan"
yadıma gəldi
sən
başağrı həblərini güllərin suyuna qatardın
sonra,
yatardın.

3

bilirsən ki ola bilər:
çox uzaq, bir quru quyuda
heç olmasa,
bir içim su tapıla ki
qonşusu, ilğım,
damağı quru günlərimizi
işıqlı gozlərilə çağıra
sonra,
alnı açıq, afiyət qumları üstə sərələnib uzana
bilirsən ki olan işdir!!
Necə ki bilirsən,
Gozlərimi axtarsan
Kitab satan kişinin cebləri kimi başa çıxar!
Necə ki bilirəm,
Hələ - hələ
əllərin alnında daolanacaqdır
bir dərin çuxura düşmüş aslan kimi
necə ki bilirəm, gozlərin
bir utancaq gozəlqalacaqdır
və, dağnıqlar yığnağına,
baxacaqdır.

4

gedirsən:
və sızım - sızım suzalır
son kibritim kimi
ümidsiz axşamlarım.

Riza Heydərzadə