Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Eşq Mahnıları

Burası Bakı
birisi dənizdə,
yelkənlərlə, balıqlar kimi sevişir.
birisi barda
fahişələrlə bazlıqda.
birisi ağlında
sevdiyi qızın xəyalına dalıb
qadınıyla sevişir.
sevgilisi de evlənib
iki küçə o tərəfdə kişisinin qucağında
əski günləri xatırlayır.
birisi evdə roman yazır.
dord il dostluqdan sonra bir gündə itirib sevgisini
və sabahı şənlik səsiylə uzun yuxudan ayılıb
buna, nağıllarda
rahatca inanarlar
deyil mi?
birisi də
bu mahnıların hamısını
çantasına yığıb şəhərinə sovqat aparır…

Bakı / 2005.03.02


Gün keçdi
gecə oldu
dərin bir bardaq kimi adamları
içdi canına garanlıq.
səhəri, işə gedəcəkdi insanlar.
kimisi müəllim,
kimisi tələbə olacaqdı.
kimisi gadınıyla savaşacaqdı
gecə içgisinin baş ağrısından.
kimisi qapı - qapı
şəhərin küçələrinde
dilənçiliyə başlayıb
uşağını əlinin ovcu kimi
insanlara uzadacaqdı
ve yeniyetmələrin
fağır barmaqları kimi
dilənəcəkdi küçə - küçə
insanların axışında…
Bakı / 2005-03-04


Arzu Purmusəvi