Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

metallik sevgilər çağı

bilirəm həsrətimi çəkirsən
yaxında ikinci məni yollayasağam sənə
polad zirehimi geyinmiş olacam
səsimi CD-lərə yazacam
sənə sevgilər sunan sevgimi
görüntümü laserdisclərə
ən xoş, ən sevdiyin pozda
metallik sevgilər çağındayız
oyan artıq əbədi olmayı arıyoruz
ölümün biləngini qıracağız
bilgisayaranın düymsinə bas
nə demək istədiyimi anlarsan
içində həbs etdim ikimizi
DNA və RNA-larımız onda
sorsan alacaqsan haqqımızdakı bütün bilgiləri
qoxumumu özlədin
yaxında onu da duyacaqsan
qanad çalıb uzaqlardan gələcək sənə
içəklərmi dedin
dəmət-dəmət güllər yollayacağam
müşk kimi qoxan dəmirdən güllər
istəmirəm demə
metallik sevgilər çağındayız



şam ağaclarına mərsiyə

soyuq qaldırımlar üzərində
sra-sıra devrilib yatan şam ağacları
yorğun xəstə yaşlı qəhbələr kimi
makyajları axmış şam ağacları
uzun bir ili atmışlar üzərlərindən
yenilgilərə hüzünlərə və coşqulara
onlar qatlanmışlar
ucuz boyunbağıları qolbaqları qopmuş
çırçılpaq yatırlar
təkcə mən baxıram acıyaraq üzlərinə
ölüm döşəyindəki təlxəklər kimidirlər
hüzünləri yamayaşıl
dünən baş ucdaydı yerləri
işıltılı gənc və gözəl
indii belə soyuq qaldırımlar üzərində
sanki bir savaş sonrası topluca qətledilmişlər
ya çoxdan ölmüşlər ya da can çəkişirlər
bir sənətçinin son anları kimi



səndə öldüm

sırasıyla çıxdım nərdivanları
ağır-ağır şairin dediyi kimi
bəzən də asansörlə göydələnlərə
yeri gələndə hörümçək-adam oldum
dırmaşdım güclü vantuzlarımla
qarğa olub uçdum çatılara
bütün qatlardan atdım özümü
heç birində ölmədim
səndə öldüyüm kimi

23 noyabr 2004



bakının rüzgarı

bu qədər səssizdir əşyalar
necə də hayqırır gəvəzə rüzgar
deməyə bir sözümü var
əşyalara sormalı elə isə
paltarlara divarlara evlərə
onların səsi üsulluca kübar
pıçıltılarını dinlə
anlamaq qolay gizlinlərini
danış haydı gəvəzə rüzgar
hər şeyi necə sildiyini

noyabr 2004


Yeşim Ağaoğlu (Türkiyə)