Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

GÜZEL

Sabahları gözlərini uçurum gördüyüm
Ürəyimin ən dik yamacına qalalar quran-gözəl
Sən mənim atəşlərdə alıştırdığım özləyişsən

Gözlərini bir yelpələngə dikib
Sonsuzluğa bir kor düyün atan
Sevdası olmayan bütün qalaktikaları yaxıb
Gülümsəyən bir dünyanı önünə qatan-gözəl
Sən içimdə misra olmuş gözləyişsən

Düşüncəsində ümmanlar daşan
Bütün dəmir yollarının bitdiyi nöqtəyə qaçan
Əzrailin qollarını tapmaq üçün əlləşən-gözəl
Sən mənim kainat könlümdə dolaşa bilərsən

Zəfər zəfər bəstələdiyim mahnı çalarkən
Sən gözlərimə rədd etmə gücü verməyən
Özümün yetəcəyini anladığım zaman özümə
Sən artıq istədiyin yerə gedəbilərsən



ADAM DUYMAZ

Bir qalaktika uçar damlardan
Qırılğan bir mərsiyyə düzər siqnallar
Quşlardır damı canavar asfaltların
Bir şer içirmişdir kainata adam
Yüz saniyə sonrakı ağı deyə
Cocuq gülüşlər saçar mərmərlərin simasına
Əllər kəmənt kimi uzanır getme deyə
Duymaz adam, cocuq anlamaz
Küflü bir açar həyat verir petrola
Qaza basar adam

Gəncliyi getme deyər
Həp Birlik getmə deyər
Danışma getmə deyər
Duymaz adam
Çünkü damı quşlar olan canavarın
Xirtdəyinə taxılmışdır ayaqları
"Sür atını durmadan"a nisbət
basar qaza əllərində qəssab qoxusu
Qalaktika uçar, quş uçar,
Canavar uçar, asfalt uçar,
Cocuq "Ata" deyər,
Adam duymaz
Adamda axşam üstü kədər
Ayaqları daha çox basar indi
Ayaqlarda tər.
Div damlı canavarların nəhəng
minikləri süpürgə olurlar
Süpürürlər bütün asfaltı
Süpürülən içdiyi bütün petrolların eşqiylə
Dayan gəlmə deyər
"Dayan getmə"ni anlamayan cocuq
"Dayan gəlmə"ni heç bilməz
Cocuq ata deyər
Adam duymaz
Nəhəng minikləri səsi
doldurur qulaqlarını quşların
Quşlar "Gəlin" deyər
Adam duymaz
Cocuq "Tamam" deyər
Gedər...

İdris Çakmak (Türkiyə)