Alatoran_header  
Jurnal > 2004/№4 > Yumor

Göyçay narı ilə Ordubad gilası mübahisə edir. Biri deyir: "mən qırmızıyam", o birisi deyir: "yox, mən qırmızıyam." Axırda razılaşırlar: "hər ikimiz qırmızıyıq."

***

Şairlər, Qabil və Fikrət Sadiq Yazıçılar Birliyinin pilləkənlərində rastlaşırlar:
-Hara gedirsən?
-Yazıçılar Birliyinə...
-Eh, mən də ordan gəlirəm.

***

İkı qatıq yol gedir, biri o birinə deyir:
- Sən qatıq, mən qatıq, nə özünü dartmısan?
- Düzdür sən də qatıqsan, mən də, ancaq bir fərqimiz var, mən yazıçılar birliyinin üzvüyəm, ancaq sən yox- dəyə obiri qatıq cavab verir.

***

Bir adam varmış, adı Anarmış. Bir idarədə şef işləyirmiş. Hamı da ona şef Anar deyər müraciət edərmiş. Ancaq xadimə yaşlı olduğuna görə dili tutmayib və ona Şifanər müəllim deyərmiş.

***

Anar Qabili kabinətinə çağırıb deyir:
- Qabil, artıq gör neçə yaşın var, nə əcəb namaz qılmırsan?
- Sözün düzü, Anar müəllim, namaz qılmaq istəyirəm e, ancaq səhər obaşdan, alatoranda yuxudan duran kimi o məlun "Alatoran" dərgisi yadıma düşür.

***

Kamal Abdullanın "Yarımçıq Əlyazma" romanını "Nobel" mükafatına təqdim ədirlər. Nə isə, əsər "Nobel" mükafatına layiq görülür, Kamal Abdullaya mükafat adına cəmi 10 şirvan pul vərirlər. Yazıçı hirslənib özündən çıxır:
- Pulumu niyə yarımçıq vərirsiniz?
- Əşi, sənin romanın da yarımçıqdı də,- deyə cavab verirlər.

***

Şəhidlər xiyabanında bir tədbir sırasında İlham Əliyev üzünü Qabilə tutub deyir:
- Şair, nə var, nə yox, bir probləmin-zadın yoxdu ki?
- Yox, cənab prezident, heç bir problemim yoxdu, hər şey qaydasındadır. Siz narahat olmayın.
İlham Əliyev israr ədir:
- Əşi, utanma, bəlkə məndən bir istəyin-zadın var. Nə lazımdırsa bu saat həll elətdirim.
- Yox, cənab prezidənt, siz Qarabağ məsələsini həll ədin, mənim başqa bir istəyim yoxdur.
İlham Əliyev mərasimin sonunda Qabildən bir də soruşur:
- Qabil, bəlkə evinin təmirə-zada ehtiyacı var?
Qabil tərs-tərs bütün bu söhbətləri lentə köçürən kameralara baxıb dərindən bir ah çəkir:
- Cənab prezident, millətimiz acından ölür, onlara bir tikə çörək verin.

***

Bir yaşlı yazıçı o biri yaşlı yazıçının əlində dırmıq apardığını görüb deyir:
- Bu dırmıqı neynirsən?
- Alaqların arasında çoxlu çiçək bitib onları təmizləməyə gedirəm

***

Dəmiryol vağzalında elan:
- Bakıdan Ağstafaya gedən qatar 2-ci xətdən saat 12-də yola düşəcək. Yazarlar Birliyinin üzvləri üçün ayrıca olaraq bildiririk ki, qatar, 3-cü və 4-cü relslərdən, saatın hər iki əqrəbi üzüyuxarı olanda tərpənəcək.

***

İki qocaman yazıçı AYB üzvü, avtobusda gedir, onlardan biri sürücüdən soruşur:
- Bağışlayın, mən bu marşrutla dəmiryol vağzalına gedə bilərəmmi?
- Yox dayı gedə bilməzsən...
- Bəs mən? - o biri yazıçı soruşur.

***

Ələkbər Salahzadədən "Hara belə tələsirsən?" soruşanlara demiş:
- Qobuya!

***

Vaqif Yusifli adəti üzrə hər ildə bir dəfə şair-oftolmoloq Paşa Qəlbinurun qəbuluna gedir. Növbəti dəfə qəbula gedərkən divarlarda çoxlu böyüdülmüş göz şəkli görən Vaqif Yusifli heyrətlə içini çəkir:
- Paşa müəllim, yaxşı ki, ginekoloq olmamısınız...

***

Yazıçıların yeyib-içmə məclisində söhbət ədəbiyyat mövzularından çox-çox uzaqlaşır. Bu arada, masaya gələn mayonezi görcək Rafiq Tağı dərhal dillənir:
- Uşaqlar, gəlin bir az da ədəbiyyatdan danışaq.

***

Şair Fikrət Sadıqla şsair Abbas Abdulla bir çayın kənarına gəlirlər.
F.Sadıq deyir: "Gəl, tapmaca deyək, tapan tapmayanı minsin, çayı o biri tərəfə keçsin."
Razılaşırlar. Fikrət Sadıq deyir:"De görüm, 'Beşmərtəbəli evin altıncı mərtəbəsi' kimin əsəridir?"
Abbas dərhal dillənir: "Elçinin!"
F.Sadıq:"Afərin sənə, haradan bildin?"

***

Vaqif Yusifli ilə Tehran Əlişanoğlu rastlaşırlar. Vaqif Tehrana üz tutub deyir:
- Deyirəm, üçüncü tənqidçini də tapsaydıq bir qazan qaynadardıq.



BUNLARI BİLMƏK AYB DEYİL

* Alloapotemnofilya (akrotomofiliya) - Bədəninin müəyyən üzvləri amputasiya olunmuşlara qarşı cinsi ehtiras.
* Asfiksiofiliya - Erotik özünüboğma, özünüasma
* Avtoaqonistofiliya - Teatrallıq
* Avtoapotmenofiliya - Amputasiya olunma arzusu
* Avtoassasinofiliya - Özünə qəsd imitasiyası
* Avtomonoseksualizm - Qarşı cinsin paltarını geyinərək güzgüdən özünə tamaşa etmə
* Avtonekrofiliya - Özünü ölü cəsəd kimi təsəvvür etmə
* Avtonefiofiliya - Uşaq müşambalarından həzz alma
* Avtopedofiliya - Özünü bələnməyə, döşdən süd əmməyə ehtiyacı olan körpə kimi təsəvvür etmə
* Bonderizm (Bondaj) - Zəncirlə ya da iplə bağlanmaqdan erotik zövq alma
* Vampirizm - Partnyorun qanı fetişdir
* Vuayerizm - Başqalarını güdmə
* Gerontofiliya - Cavanların qocalarla cinsi münasibət qurmaqdan zövq alması
* Geteroxromofiliya - Başqa dəri rəngi fetişdir
* Gifefiliya - Parçalarla cinsi münasibət
* Qomovestizm - Öz cinsindən olan adamın paltarını geyərək həzz alma
* Qomoseksualizm - Məlum məsələ…
* Derantofiliya - Ağaclarla münasibət
* Zoosadizm - Heyvanlara zülm etmə - sadizm motivləri olan zoofiliya
* Zoofiliya - Heyvanlarla münasibət
* Kandaulezizm - Kişinin öz qadının bədənini başqa kişilərə göstərməsi
* Kleptofiliya - Oğurluq (erotik elementlərdən söhbət gedir)
* Klizmofiliya - İmalədən həzz alma
* Koprofiliya - Nəcislə manipulyasiyalar
* Koprofagiya - Nəcis yemə
* Korofiliya - Yaşlı qadınların cavan qızlara cinsi rəğbəti
* Mazoxizm - İnsanın öz ağrısından və əziyyətindən həzz alması.
* Mizofiliya - Çirkli alt paltara maraq
* Harratofiliya - Erotik söhbətlər
* Nekrofiliya - Ölülərlə cinsi münasibət
* Himfofiliya - Qız uşaqları ilə münasibət
* Ozolaqniya - Başqa insanın iyi fetiştir
* Partenofiliya - Bakirə qızlırı maraq
* Pedofiliya - Uşaqlarla cinsi munasibət
* Piktofiliya - Erotik rəsm və kadrlara baxma ehtiyacı
* Erotik Pirolaqniya - Oddan həzz alma (şam işığı)
* Piromaniya - Bədənin yanmasından həzz alma
* Raptofiliya - Zorlama
* Retifizm - Dəri məhsulları fetişdir
* Sadizm - Partnyora psixi ya da fiziki əziyyət vermə
* Sadiromaniya - Partnyoru kirlətmə
* Simforofiliya - Faciələrə maraq
* Skatofiliya - Yad adamlarla pozqun, cinsi məsələlər haqda söhbət etmə ehtiyacı
* Skoptofiliya - Başqalarının cinsi münasibətinə baxma ya da öz cinsi münasibətini sərgiləmə ehtiyacı
* Somnofiliya - Yatmış adamı sığallama ehtirası
* Stiqmatofiliya - Nakolkaya maraq və həzz
* Tanatofiliya - İnsanın öz ölümü haqda fantaziyaları
* Telefon skatofiliyası - Telefonla seksual söhbətlər
* Transvestizm - Qarşı cinsin paltarını geyinmə
* Transseksualizm - İnsanın cinsini deyişdirməyə daxili tələbi
* Triolizm - Üç nəfərlik qrup seks
* Urodoxiumlaqniya - Partnyroun sidiyinə dillə toxunma
* Urolaliya - Sidik haqda söhbətlər
* Urofagiya - Partnyorun sidiyini içmək
* Urofiliya - Partnyorun üstünə sidik ifraz etmək
* Fetişizm - Partnyorun hansısa əşyası ya da bədən üzvüylə əlaqə (məsələn: Futfetiş - partnyorun ayağına cinsi maraq)
* Flaqellantizm - Partnyoru ya da özünü şaqqalaqlama
* Frotterizm (frottaj) - İctimai yerlərdə insanın tanımadığı adama sürtünməsi
* Tisvestizm - Başqa yaşlara və sosial statuslulara ait paltarları geyinməktən zövq almaq
* Eskaurdirizm - Cinsi əlaqədə olan başqa adamların çarpayı səslərini ya da zarımalarına qulaq asma
* Eksgibitsionizm - Başqa insanların qabağında soyunma
* Eretofonofiliya - Ehtiras zəminində öldürmə
* Erotolaliya - Pis sözlər danışma ehtiyacı
* Ekskrementofiliya - İnsanların ifraz etdikləri ilə (nəcis, sidik, sperma) manipulyasiyalar aparmaq
* Erebofiliya - Yaşlı kişilərin cavan oğlanlara cinsi marağı.

Tərtib etdi:
  Əli Əkbər