Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Şair

Şair, yıxılarsan, düş buludlardan
düş bu yalanlardan
qurtar bu sevgilim məktublarını
gopdan yamadığın o gözəlləri…
qurtar bu Vətəni
yalançı kədəri
geydirmə qəmi qurtar

En gəl yanımıza
tut bir insanın qolundan
öz içindən çölə çıx ay şair, ay şair
həqiqətə dair, insana dair…

Düş buluddan
çıx qəbirdən
aç kəfən dolağını baxım üzünə
deyilənə görə
yalançı şairlər cavan qalırlar