Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Küçə

Ağzında zibil küçə
ağzının sözünü bilməyən küçə
qalstuklu kişilər küçə
kirli pişiklər küçə
bağırsağında dilənçilər küçə
bığlı küçə
fırtığlı küçə
göbəyi açıq küçə
bir şüşə arax küçə
Şuşa yox küçə
Vətən küçəsi
küçə Bakısı
şair küçəsi
küçə şairi…