Alatoran_header  
Əsərlər > Murad Köhnəqala > Şerdən yaz çörəklərini

Dostum
təzə şer varmı
evində çörək varmı?
Axşam şer gətir
gəl çörək apar
Götür çörəkləri şerə bük
Qoynuna qoy
görməsinlər
evinə apar
Qoynundan çıxar şerləri
götür çörəkləri
Körpələrin qan-qarğışıdı
götür şerini
Qana bulama çörəklərini
Qana yazma şerlərini
Çörəyin qurtaranda gəl şerini apar
Çörəkdən yazma
Çörəyə yazma şerlərini
İsti çörək gətir isti şer gətir
Götür şerlərini çörək apar
Çörəyə bük şerlərini
Şerə bük çorəklərini qoynuna qoy…
Dostum
çörəkdən yaz şerlərini
Dostum
şerdən yaz çörəklərini