|
|
Hər səhər
şəhər küçəsində
süpürgə çalan arvadlar
ot çalan kişilərə parodiyadı
yambızı üstündə
boş tapança qabı gəzdirən
hər dəfə məvacibləri artan
vacib polislər
kişiliyə parodiyadı
metroda cərgə ilə
üzübəri oturmuş qocaların hamısı
mənə parodiyadı
elə məmurlar da var ki
xüsusi parodadı…
|
|