Alatoran_header  
Əsərlər > Rövşən Naziroğlu > Ey qönçədəhan güləbatın

içərəm sənin yolunda
dəryaları dolça-dolça
fincan-fincan
istəkan-istəkan
and içirəm ki, içərəm.
ancaq arvadım bilməsin

inan mənə ey qönçədəhan güləbatın,
yayda çimərlikdə
isti qumun üzərinə uzanıb
günəş vannası qəbul etdiyin zaman
gözlərin kimi qara buludlar
kəssə günəşin qabağını
və mane olsa-
sənin badımcan kimi qaralmağına
qəzəblənib dolduraram
buludları-
şalvarımın pencəyimin ciblərinə...

booy! nə oldu sənə
hara qaçırsan a güləbatın xanım

qorxma məndən qorxma
qaçma məndən qaçma
səni adam balası kimi sevəcəm
gic-gic şer yazmağıma baxma