|
|
haranı unudub əllərim
tüklü əllərim
haranı unutmayıb əllərim
tüklü əllərim
əllərimdən soruş cavab versin
qara saçlarının kölgəsi düşəndə ağ sinənə
və yadıma düşəndə ki gözəl olursan belə olanda
bir şurişi-kübra başlar içində
həmin dəm
ey möhtərəm
çəkdiyim əzabi-aşiqanəni
döşəkdən soruş yorğandan sor
qulluğuna ərz eləsin
qurtulmağım mümkün deyilsə dərdlərdən
və mənim məhfimi dəstəkləyirsə əndamın
heç kədərlənmirəm
çünki böyük fəxarətdi
yolunda ölmək sən kimi güləndamın
ancaq mən ölməyib sağ qalsam
mənim sənə olan böyük sevgimi
nə vaxtsa həyata keçirəcəyim şeydən xəbər al
o səndən heç nəyi gizləməz
|
|