Alatoran_header  
Əsərlər > Rövşən Naziroğlu > Ağabala maskovskinin şeri

torpaqlarımız ermənilərin pəncəsindədi
vətənə döyüşən oğullar lazımdı
gedirəm vətəni qorumağa
bu
bizim bir yerdə ola biləcəyimiz
son gecədi maşacan
odur ki
belini bir qədər aşağı əy
ayaqlarını bir az aralı qoy
başınısa düz tut maşacan
tez-tez arxaya baxıb boylanıb
mənim üçün ayrılığı
daha-daha ağırlaşdırma
üzünə baxmadan ayrılmaq istəyirəm səndən
ürəyimdə vətən dərdi el dərdi