Əsərlər
>
Rövşən Naziroğlu
> Unut pencəyimi
Əvvəlki
Sonrakı
Jurnal 2004/№2
unut gözlərimi
unut ayaqlarımı
unut nə demişdimsə
sözlərimi unut
meşə ildırım vurmuş bir ağacı
necə unudursa
sən də eləcə unut əllərimi
dirsəyi süzülmüş pencəyimi unut
sevmə məni
sevmə məni