Alatoran_header  
Əsərlər > Rövşən Naziroğlu > Səhərin qafiyəsi

elə ki gün doğdu
elə ki səhər açıldı
quşlar ötüşdü
itlər hürüşdü
yadıma günahlarım düşdü
üz tutdum günəşə
bir qafiyə qayırdım səhərə
dən atdım quşlara
çıxdım şəhərə...
günahlarımı allah bağışlasın!

gün batdı
səhər söndü
quşlar yedilər doydular
uçdular getdilər
mən evimə sağ-salamat döndüm
deyəsən
günahlarım bağışlandı