Alatoran_header  
Əsərlər > Sevinc Pərvanə > Payız Tablosu

dodağındakı öpüş izini
gizləməyə çalışırdı barmaqlarıyla
yağışdan islağıydı
əlindəki yığılı çətirə zillənən baxışları
görmürdü elə bil
ilk görüşdən qayıdan qızcığaz.

evə bahar havası dolmuşdu
gətirdiyi sevinclə...
pəncərə çərçivəsindən asılmış
payız tablosu
ona həsədlə baxırdı.