|
|
bir gün
zarafata salıb
yenə ananın necə qəzəbləndiyindən
söz etdin
saçımdan üç-dörd tel tapmışdı
yuyarkən köynəyinin cibindən...
həmin gün
xoşladığın
uzun saçlarımı kəsdim
anan məni tanımasın deyə...
əvvəlcə qonşuda arayacağını bilirdim
sənin ağlını alan o qızı...
və sonra biz daha görüşmədik
zənn etdiyim kimi-
səni xalan qızına
nişanladılar tələsik...
mənsə
yenə saçlarımı uzadıram.
|
|