Alatoran_header  
Əsərlər > Sevinc Pərvanə > Mənim sirrim

Oxucularımın ən uğurlu saydığı şerlər
unitazada oturarkən ağlıma gələnlərdir,
bəlkə də ancaq onda
Allahdan və bəndələrdən qaçıb
özümla qaldığıma görəydi bu;
bədəndə gedən bütün fiziki proseslər
məsələn sancılar,
çox şeyi unutdurur;
ya da özümlə darıxdığıma görəydi, bilmirəm.
Ancaq indi bu mənim
qələm dəftər götürüb
unitazda oturarkən yazdığım
ilk ən uğursuz şerimdi.
Bir dəfə məktəb yarışmalarının birində
mən unitazda oturub kitab oxuyan
yaşlı kişi heykəlciyi qazanmışdım;
o zaman ona baxıb «bambılıdır!» demişdim…