Alatoran_header  
Əsərlər > Sevinc Pərvanə > Aldanma bu qara hicablı qadına

qara hicablı qadının
açıq baldırından gələn işartı kimi
çəkər ay səni ardınca…
bu yolun ucun tutub gedərsən
mənsiz yaşamağa…
və qəfil
buludların ətəyində itirdiyin ayın
dənizdə boğulmuş ölüsünü tapınca
sən də özünü bu dənizə atarsan.
getmə,
aldanma bu qara hicablı qadına
sabahın şərini gözlə
yoxsa …
…mən də gedəcəyəm səninlə
mənsiz yaşamanın dalınca.