Alatoran_header  
Əsərlər > Sevinc Pərvanə > Yorğun təbəssüm

qadınlar
kişilərin kölgəsi deyil
əksi
qadınlar kişilərin əksi!
hər şey onu inkar edən
başqa bir şeydə əks olunursa
mən sənin gözlərinin içindəyəm
qorxma aynalara baxmaqdan
hər gün
bir az artıq
yaşamaqdan yorulub da
içimə qapayarkən gözlərimi
üzümdə nələr əks olunur
gəl oxu!
bircə yuxularımda
yalandan gülümsədiyimdən xəbərdaram
hər səhər üzümdə
təbəssümün izi qalır