Alatoran_header  
Əsərlər > Xaqani Has > Oğulluq (anarxist manifest)

Özümü çıxardıram oğulluqdan
oğulluğun hər növündən;
atanın oğlu
vətənin oğlu
vətənin atasının oğlu
"ayağının altında cənnət"
cənnətlik ananın oğlu.
ana vətənin oğlu
atalığınız, vətənə atalığınız,
analığınız, müqəddəs analığınız
başınıza dəysin.
Mənə dəyməyin!