Alatoran_header  
Əsərlər > Xaqani Has > Ölümün taleyi

Ölümü axtarıb ölüdə tapırlar
Ölüdə ölümdən əlamət yoxdur.
Ölü cansızdır, ölüm diri
Ölü uzanıb, ölüm yeriyir
Ölü danışmaz,
heç vaxt danışmaz
Ölüm isə hər yerdə sözünü deyir
Ölünün borcu olmur.
Ölümünsə borcu var
hamımıza borcu var.

Ən qara xəbər ölüm deyil
bəzən, ölə bilməməkdir

Birdən gördüm yaşayıram
yəni, məsələn üşüyürəm
qorxdum.
Elə bilirdim yoxam
qadınlar yoxdur /
sevgiləri, dodaqları yoxdur.
kirayə pulu, işıq pulu qaz pulu yoxdur.
Mamon yoxdur,
Mamonun oğlu yoxdur,
ona əyilənlər yoxdur.
Çoxdandır yox idim
Birdən üşüdüm,
həm də qapı döyüldü.