Alatoran_header  
Əsərlər > Zamin Hacı > Payız

Qanadsız quşlar uçur,
Ömrümün səmasında.
Hər gün kimsə yıxılır,
Gözümün qarasından.

Tökülür ağ tavandan
Qara yarpaq kölgəsi.
Boğulur göz yaşında
İlk eşqimin ölkəsi.

Vaxt hörümçək torunda,
Can verdi son saat da.
Ölüb getdi dünənim;
Gəlməyəcək sabah da.

Ürəyim torsuz quyu,
Ümidi tapar kədər.
Havalar da soyuyub,
Gözlərim uçub gedər.